Prezidentə təbrik məktubları gəlməkdə davam edirbackend

Paraqvay Respublikasının Prezidenti Santyaqo Penya Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Yeni Gundem” xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

28 May – Müstəqillik Günü münasibətilə Zati-alinizə Paraqvay Respublikasının xalqı, hökuməti adından və şəxsən öz adımdan səmimi qardaşlıq salamlarımı çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, qardaş Azərbaycan xalqına sülh, xoşbəxtlik və firavanlıq, Paraqvay Respublikası ilə Azərbaycan Respublikasını birləşdirən dostluq və əməkdaşlıq əlaqələrinin daim möhkəmlənməsini arzulayıram.

Zati-alinizə ən yüksək hörmət və ehtiramımı bir daha bəyan edirəm”.

***

Tailandın Kralı Maha Vaçiralonqkorn Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Yeni Gundem” xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi, möhkəm cansağlığı, xoşbəxtlik arzularımı çatdırır, ölkənizə, xalqınıza sülh, inkişaf və rifah diləyirəm.

Tailand ilə Azərbaycan arasında müxtəlif sahələrdə birgə fəaliyyətə əsaslanan, sürətlə inkişaf edən münasibətlər mövcuddur. İnanıram ki, ölkələrimizin və xalqlarımızın rifahı naminə ortaq qətiyyətimizlə və qarşılıqlı dəstəyimizlə ticarət, turizm, təhsil və təmiz enerji sahələrində əməkdaşlığımızın möhkəmlənməsi və genişlənməsi üçün sıx surətdə birgə işləməyə davam edəcəyik”.

***

Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuani Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Yenu Gundem” xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri, əziz Qardaşım.

Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, dost Azərbaycan xalqına daha çox inkişaf və firavanlıq diləyirəm.

Mən, həmçinin ölkələrimiz arasında mövcud olan əməkdaşlıq münasibətlərinin dost xalqlarımızın maraqları naminə möhkəmləndirilməsi və inkişafı istiqamətində səyləri davam etdirmək niyyətimizi bir daha bildirirəm.

Zati-aliləri, əziz Qardaşım, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Yeni Gundem” xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı tarixi dostluq əlaqələrinin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində fəaliyyətimizi davam etdirmək istəyimizi bir daha ifadə edirəm.

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Yeni Gundem” xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Əlamətdar tarix, 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Cənubi Afrika Respublikasının hökuməti və xalqı adından Sizə, Azərbaycan hökumətinə və xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı arzulayır, ölkələrimiz arasında mövcud olan gözəl dostluq münasibətlərini daha da möhkəmləndirmək niyyətimizi bir daha bəyan edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.