Cənab Prezident İlham Əliyevin Azərbaycan televiziyasına verdiyi müsahibədə Ermənistanla bağlı söylədiyi fikirlər millətimizin ürəyincədir. Dövlət siyasətimizin ana xəttini təşkil edir.
Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı bildirib.
Millət vəkili açıqlayıb ki, Azərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsi beynəlxalq hüquq normalarına uyğundur. Onun əleyhinə çıxmaq BMT Nizamnaməsinə, ATƏT prinsiplərinə qarşı çıxmaq deməkdir.
“Bu ondan ibarətdir ki, bu məsələlər Azərbaycan dövlətinin daxili işi və suveren hüququdur. Heç kim ona müdaxilə edə bilməz. Azərbaycan dövləti daxili məsələlərini heç bir ölkə ilə müzakirə mövzusuna çevirmir. İki ölkə arasında sərhədlərin təməl məsələləri 1991-ci ildə Alma-Ata bəyannaməsində əksini tapıb. Bu da ondan ibarətdir ki, respublikaların sərhədləri onların dövlət sərhədləridir. Həmin bəyannaməyə Ermənistanda imzasını çəkib. İrəvan imzasına hörmət etməli, o ölkənin rəhbərliyi verdiyi avantürist bəyanatlardan imtina etməlidir. Cənab Prezidentin müsahibədəki fikirlərində strateji hədəflərdən biri bundan ibarətdir ki, ərazimizidə yaşayan ermənilər ya Azərbaycan Respublikasının qanunlarını qəbul edib, vətəndaş kimi hamı kimi bərabər hüquqda yaşamalıdırlar, ya da Azərbaycan ərazisindən çıxıb getməlidirlər. Bunun digər bir yolu isə, Azərbaycanın suveren hüququna aid olan məsələdir. Dövlət başçısı qeyd etdi ki, bizim səbrimizlə oynamaq olmaz. Hesab edirəm ki, cənab prezidentin AzTv-yə müsahibəsi bütün tərəfləri ilə dərindən təhlil edilməlidir. Müsahibədə Azərbaycan dövlətinin aydın, prinsipial və qətiyyətli mövqeyi var”,- deyə o qeyd edib.
Fərahim Rəhimov