Prezidentin köməkçisi: Biz innovasiyaları yaradacaq ekosistemlər üzərində işləyirikbackend

“Biz innovasiyaları yaradacaq ekosistemlər üzərində işləyirik”.

Bunu bu gün Bakıda keçirilən “InMerge Innovation Summit”ində çıxışı zamanı Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov deyib.

O bildirib ki, əsas məram şəxaləndirilmiş iqtisadiyyata keçidin təmin edilməsidir. Azərbaycan bu baxımdan innovasiyaların genişlənməsinə imkanlar yaradır.

“Son bir ildə Azərbaycanda startapların sayı 3 dəfə artıb. Bu da sahibkarlığın inkişafına yönəlib” – Şahmar Mövsümov əlavə edib.

APA