Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 18-də Salyan şəhərində Azərbaycan Televiziyasına verdiyi müsahibədəki fikirləri Gürcüstan mediasının diqqət mərkəzində olub.
“Yeni Gundem” xəbər verir ki, “qafqazturk.com”, “24news.ge” və “aktual.ge”, “interpress.ge” informasiya portalları Azərbaycan Prezidentinin müsahibəsindən materiallar yayıblar.
Azərbaycan Prezidentinin Qarabağda Azərbaycan bayrağının dalğalanması barədə fikirləri, eləcə də Ermənistanda Azərbaycan bayrağının yandırılmasına bildirdiyi münasibət, separatçılara xəbərdarlığı barədə fikirlər oxucuların diqqətinə çatdırılıb.
Materiallarda eyni zamanda Azərbaycan Prezidentinin Ermənistana xəbərdarlığı barədə məlumat verilir.
Fərahim Rəhimov