Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasına dövlət səfəri başa çatıb.
“Yeni Gundem” xəbər verir ki, Düşənbə şəhərinin Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyevi Tacikistan Prezidenti Emoməli Rəhmon yola saldı.