Prezidentliyinə namizədin seçki mitinqi zamanı dekorasiya uçub, 9 nəfər ölübbackend

Meksika prezidentliyinə namizəd Xorxe Maynesin seçki kampaniyası zamanı dekorasiya uçub.

Hadisə Nuevo-Leon ştatının San-Pedro-Qarza Qarsiya şəhərində baş verib.

Güclü külək nəticəsində konstruksiya dağılıb. Nəticədə 9 nəfər həlak olub, daha 50 nəfər yaralanıb.

Hadisə yerində xilasedicilər işləyir.

Maynesin yaxşı olduğu və komanda üzvlərinin artıq xəstəxanada müalicə olunduğu bildirilib.

APA