Dünən Türkiyə 1-ci Liqasının 15-ci turunda bu gün keçirilən “Göztepe” – “Altay” oyunu yarımçıq dayandırılıb. İzmir derbisinin 19-cu dəqiqəsində qonaq komanda tərəfdarları protexniki vasitələrdən istifadə ediblər. Fanatlardan biri yaralandığından meydana təcili tibbi çağırılıb. Olay bununla botməyib. Həmin vaxt azarkeşlərdən biri “Altay”ın qapıçısı Ozan Evrim Özençi künc bayrağının dirəyi ilə vurub. Xəsarət alan qolkiper xəstəxanaya aparılıb. Azarkeş isə saxlanılıb.
”Yeni Gundem” Türkiyə KİV-nə istinadnx əbər verir ki, hadisədən sonra fişənklərin stadiona daxil edilməsi araşdırılıb.
Məlum olub ki, stadionda özəl təcili yardım sürücüləri işləyən şəxslər protexniki vasitələri tualetdə qoyub.
Son görüntülərdə təcili yardımın çağırılmamasından faydalanan şəxslərin bu vəziyyətdən istifadə edərək fişənkləri içəri daxil etdikləri aydın görünüb.
Valiliyin verdiyi açıqlamada stadionda olan özəl təcili yardım sürücülərinin dumanı və fişənkləri tualetə qoyduğu bildirilib. Həmçinin qeyd edilib ki, təcili yardım maşının 2 sürcüsü də saxlanılıb. Bununla da saxlanılanların sayı 21 nəfərə çatıb.