Protokol: “Business Advocate” statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatları təqdim etməyibbackend

“Business Advocate” MMC-yə inzibati protokol yazılıb.

“Yeni Gundem” xəbər verir ki, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

İş Xətai Rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyevanın sədrliyi ilə araşdırılacaq.