PSJ-də Neymar şoku – 4 həftə oynamayacaqbackend

Fransa kubokunun 1/32 final mərhələsi çərçivəsində “Kan”la oyunda (1:0) zədələnən PSJ-nin hücumçusu Neymarın durumuna aydınlıq gəlib.

“Yeni Gündəm” xəbər verir ki, sol ayaq əzələsindən xəsarət alan braziliyalı hücumçu 4 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb. 29 yaşlı forvardın İspaniyanın “Barselona” klubu ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununu buraxacağı dəqiqləşib.

Neymar həm də Liqa 1 çərçivəsində “Nitsa”, “Monako” və “Dijon”la görüşlərdə forma geyinə bilməyəcək.