Fransa Superkubokunun sahibi müəyyənləşib.
“Yeni Gündəm” xəbər verir ki, həlledici matçda PSJ və “Marsel” komandaları qarşılaşıb. Lensdəki “Feliks Bolar” stadionunda keçirilən oyunda Paris təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.
PSJ – “Marsel” – 2:1
Qollar: İkardi, 39, Neymar, 85-pen – Payet, 89
Beləliklə, Superkubokun sahibi Maurisio Poçettinonun baş məşqçisi olduğu komanda olub. Bu argentinalı mütəxəssisin məşqçilik karyerasındakı ilk kubokudur.
Qeyd edək ki, PSJ ardıcıl 8-ci dəfə Superkuboku qazanıb.