PSJ klubu Kilian Mbappeni yüksək məbləğə satmağa hazırdır.
“Yeni Gundem” xəbər verir ki, bu barədə portuqaliyalı insayder Antero Enrike sosial media hesabında paylaşım edib. O qeyd edib ki, PSJ Mbappeyə 400 milyon avro qiymət qoyub. Məbləğin yüksək olmasına baxmayaraq, bəzi klubların 24 yaşlı hücumçunu heyətinə qatmaq istədiyi vurğulanır. İddia edilir ki, bu məbləğ PSJ-nin səsləndirdiyi ilk qiymətdir. Danışıqlar zamanı məbləğ 300 milyon avroya qədər enə bilər. Mbappenin “Real Madrid” klubunda oynamaq istədiyi bildirilir. İspanlar da onu transfer etmək planlarının olduğunu açıqlamışdı. İddialara görə, paytaxt təmsilçisi Mbappenin PSJ-dən ayrılması barədə qərarından sonra hərəkətə keçib.
Qeyd edək ki, daha əvvəl Mbappenin 2023-cü ilin yayında Paris təmsilçisindən ayrılmaq istədiyi bildirilib. İddiaya görə, forvard klub rəhbərliyindən onu buraxmasını xahiş edib. Buna səbəb tərəflər arasında münasibətlərin tamamilə korlanmasıdır. Kilian Mbappenin müqaviləsi 2025-ci ildə başa çatmalıdır.