PSJ-nin futbolçusunun evi qarət olundubackend

PSJ-nin argentinalı futbolçusu Mauro İkardinin evi qarət olunub.

“Yeni Gündəm” xəbər verir ki, oğurluq PSJ-nin “ Loryan”la oyunu zamanı baş verib.

Forvardın evindən zinət əşyaları, saatlar və bəzi geyimlər götürülüb.

Ümumilikdə hücumçuya 400 min avro ziyan vurulub. Polis hadisə ilə bağlı araşdırma aparır.