Putin və Ərdoğan arasında görüş başa çatdıbackend

Soçidə Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında geniş tərkibdə danışıqlar başa çatıb.

Liderlərin görüşü təxminən bir saat yarım davam edib.

Prezidentlər işgüzar nahar formatında ünsiyyəti davam etdirəcəklər.

Daha sonra Putin və Ərdoğan birgə mətbuat konfransı keçirəcəklər, mətbuat konfransı üçün artıq hər şey hazırlanıb./APA