Rusiya Prezidenti Vladimir Putin Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd Moskvaya qaçandan sonra onunla görüşmədiyini bildirib.
Putin bu barədə ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında qeyd edib.
“Əsəd Moskvaya gəldikdən sonra onu hələ də görməmişəm. Lakin onunla görüşməyi planlaşdırıram”, – Putin vurğulayıb.
“Biz Suriyada məqsədimizə çatdıq, İslam xilafətinin yaradılmasına imkan vermədik”, – Rusiya Prezidenti vurğulayıb.
Putin Suriyada hakimiyyətə gələnlərin terrorçular olmadığını qeyd edib.
Rusiya Prezidenti eyni zamanda, Suriyada vəziyyətə nəzarət edən bütün silahlı birləşmələrlə təmasda olduqlarını açıqlayıb.
O, Suriyada sülhüm bərqərar olacağına ümid etdiyini bildirib.
Putin əlavə edib ki, Rusiya 4 min iranlı hərbçini Xmeymim bazasından Tehrana aparıb.
O, Hələbdə 350 yaraqlının ələ keçirildiyini, 30 min hökumət əsgəri və iranyönümlü birləşmənin döyüşsüz geri çəkildiyini bildirib.
APA