ABŞ-da keçirilən toy mərasimi zamanı inanılmaz hadisə baş verib.
“Yeni Gundem” xəbər verir ki, gəlin və bəy ilk rəqslərini etmək üçün zalın ortasına gəliblər. Onlar rəqs edərkən ifaçıya baxanda şoka düşüblər. Sən demə, ifaçı qadın bəyin keçmiş sevgilisi imiş. Tərəflər arasında gərginlik artıb. Qonaqlar gərginliyin aradan qaldırılması üçün Star adlı ifaçını toydan uzaqlaşdırıb. Lakin o, zalı tərk edərkən su qabını bəyə atıb. Star bildirib ki, o, bəylə 5 il sevgili olub. Lakin oğlan onu aldadaraq başqası ilə evlənib. İfaçının intiqamı internetdə gündəm olub.