“Qafqaz Qartalı” təlimiylə bağlı prosedurlar müəyyənləşdibackend

“Azərbaycan, Türkiyə və Gürcüstan arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandurumunun qüvvəyə minmə, qüvvədə olma müddəti dəyişikliklər və ləğvetmə proseduru müəyyənləşib.

“Yeni Gündəm” xəbər verir ki, bu, “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, tərəflər Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün dövlətdaxili hüquqi prosedurların başa çatması barədə depozitariyə yazılı olaraq məlumat verir. Bu Anlaşma Memorandumu tərəfləri onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili hüquqi prosedurlarını tamamladığını bir-birinə diplomatik kanallar vasitəsilə bildirdikləri sonuncu yazılı bildirişin alındlğı tarixdən qüvvəyə minir. Anlaşma Memorandumu bir il müddətinə qüvvədə qalır və tərəflərdən birinin digərinə Anlaşma Memorandumunun müddətinin bitməsindən 30 gün əvvəl diplomatik kanallar vasitəsilə onu ləğvetmək niyyəti barədə yazılı olaraq bildriiş vermədiyi təqdirdə avtomatik olaraq sonrakı 1 illik müddətinə uzadılır. Bu Anlaşma Memorandumu bildirişin alındığı tarixdən 30 gün sonra ləğv edilir.