“Napoli”nin hücumçusu Viktor Osimhen karyerasını “Qalatasaray”da davam etdirəcək. Qaynarinfo xəbər verir ki, nigeriyalı futbolçu ötən axşam İstanbula gəlib. İstanbul hava limanında onu minlərlə “Qalatasaray” azarkeşi qarşılayıb. “Cim-Bom” Osimheni icarəyə götürəcəyini açıqlayıb. Müqavilənin maliyyə tərəfləri keçid rəsmiləşəndən sonra açıqlanacaq.
Osimhen peşəkar karyerasına 2017-ci ildə Almaniyanın “Volfsburq” klubunda başlayıb. 2018-2019-cu illərdə Belçikanın “Şarleru” klubunda çıxış edib. 2019-cu ildə Fransanın “Lill” klubu onu 22,4 milyon avroya heyətinə qatıb. 2020-ci ildə isə “Napoli” afrikalı futbolçunu 77,5 milyon avroya transfer edib. Hazırda “Transfermarkt” ona 100 milyon avro qiymət qoyub.
Peşəkar karyerası ərzində Osimhen 22 rəsmi oyuna çıxıb, 114 qol vurub və 28 məhsuldar ötürmə edib. O, 2022/23 mövsümündə “Napoli”nin heyətində İtaliya çempionu olub. Həmin mövsüm A Seriyasında 32 oyuna çıxıb, 26 qol vurub və 5 məhsuldar ötürmə edib.
Osimhen 2015-ci ildə Nigeriyanın U-23 komandası ilə Afrika Kubokunu, U-15 komandası ilə isə dünya çempionluğunu qazanıb. 2017-ci ildən əsas milliyə çağırılan hücumçu 35 oyunda 21 qol vurub.
“Qalatasaray” həmçinin ötən axşam Coşua Yakobsun keçidini açıqlayıb. Bu futbolçu “Monako”dan bir mövsümlük icarəyə götürülüb.
Klublar arasında anlaşmaya əsasən, “Qalatasaray” “Monako”ya 1 milyon avro ödəyəcək. Futbolçunun transfer hüququnun alınması üçün isə 8 milyon avro ödənilməlidir. Yakobs 2,1 milyon avro maaş alacaq.
23 yaşlı seneqallı sol cinah müdafiəçisi karyerasına Almaniyanın “Köln” klubunda başlayıb. “Monako” 2021-ci ildə onu 6,5 milyon avroya transfer edib.