“Qalatasaray” Azərbaycanda yeni layihə həyata keçirməyə qərar verib.
“Yeni Gundem” sportinfo.az-a istinadən xəbər verir ki, İstanbul nəhəngi bu proyekti təkbaşına icra etməyəcək.
“Sarı-qırmızılar” “Qarabağ”la birgə əlini daşın altına qoymağı lazım bilib.
Layihə nədən ibarətdir? “Qalatasaray” rəhbərliyi ölkəmzdə uşaq futbol akalemiya açmağa gərək duyub. Azərbaycanda kluba olan isti münasibəti görən
“Cim-Bom” funksionerləri Bakı başda olmaqla, respublikamızın bir neçə şəhər və rayonunda akademiya yaratmağı qətiləşdirib. Proqramm “Qarabağ”ın dəstəyi və köməyi ilə həyata vəsiqə qazanacaq.
Layihə bir neçə istiqaməti əhatə edir. Bunlardan birinə görə, “Qarabağ”ın futbol məktəbində yetişən istedadlı uşaqlar “Qalatasaray”ın İstanbulda yerləşən əsas akademiyasına cəlb olunacaq.
Burada açılacaq akademiya isə ödənişli əsaslarla fəaliyyət göstərəcək. Növbəti mərhələdə seleksiya prosesindən keçən azyaşlılar da Türkiyəyə göndəriləcək.