Paylaşımları və mahnıları ilə gündəmdən düşməyən türkiyəli müğənni Aleyna Tilki Kiprdəki konsertindən əvvəl jurnalistlərin qarşısına çıxıb.
“Yeni Gündəm” xəbər verir ki, qalmaqallı müğənni maqazin gündəminə səs salan etiraf edib.
O bildirib ki, Kiprə hər gələndə qumar oynayır:
“Kiprdə limitlərlə qumar oynamağı xoşlayıram. Bunu burada etiraf edim. Amma həmişə özümə limit qoyuram, oraya qədər oynayıram. Ondan sonra, adətən, buraxıram. Qumardan qazandıqlarımı isə xərcləmirəm”.