Çempionlar Liqasının qrup mərhələsinin V tur matçı çərçivəsində “Qarabağ” və “Çelsi” komandaları arasında oyunda hesab arasındakı fərq artıb.
“Yenigundem” “Report”a istinadən xəbər verir ki, matçın 36-cı dəqiqəsində “Çelsi”nin 22 nömrəli oyunçusu Villian komandasının növbəti qolunu vurub – 2:0.
***21:21
Çempionlar Liqasının qrup mərhələsinin V tur matçı çərçivəsində “Qarabağ” və “Çelsi” komandaları arasında oyunda hesab açılıb.
“Yenigundem” “Report”a istinadən xəbər verir ki,oyunu idarə edən hakim matçın 19-cu dəqiqəsində “Qarabağ”ın cərimə meydançası daxilində mübahisəli epizodda “Çelsi”nin hücumçusu Villiana qarşı kobud oyuna görə kapitan Rəşad Sadıqova qırmızı vərəqə göstərib.
Qonaqların 10 nömrəli oyunçusu Eden Azar matçın 21-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsindən komandasını hesabda irəli çıxarıb – 1:0.
***21:00
Bakı Olimpiya Stadionunda Çempionlar Liqasının qrup mərhələsinin V tur matçı çərçivəsində “Qarabağ” və “Çelsi” komandaları arasında oyun başlayıb.
“Report”un məlumatına görə, ilk “11-lik”də bu futbolçular yer alıblar:
“Qarabağ”: 13.İbrahim Şehiç, 2.Qara Qarayev, 5.Maksim Medvedev, 8.Miçel, 9.Dino Ndlovu, 11.Mahir Mədətov, 14.Rəşad Sadıqov (K), 20.Riçard Almeyda, 25.Ansi Aqolli, 52.Yakub Jezniçak, 77.Donald Gerryer
Ehtiyat oyunçular: 1.Anton Kanibolotski, 7.Rahid Əmirquliyev, 22.Əfran İsmayılov, 32.Elvin Yunuszadə, 91.Coşqun Diniyev, 99.Dani Kintana
Baş məşqçi: Qurban Qurbanov
“Çelsi”: 13.Tibo Kurtua, 2.Antonio Rüdiger, 3.Markos Alonso, 4.Sesk Fabreqas, 7.N’Qolo Kante, 10.Eden Azar, 11.Pedro Rodriges, 21.Davide Zappakosta, 22.Villian, 28.Sezar Aspilikueta (K), 30.David Luis
Ehtiyat oyunçular: 1.Villi Kabalyero, 6.Denni Drinkouter, 9.Alvaro Morata, 14.Tiemue Bakayoko, 24.Harri Keyhill, 27.Andreas Kristensen, 66.Dyucon Sterlinq
Baş məşqçi: Antonio Konte