Qarabağ erməniləri ya Azərbaycan qanunlarını qəbul edib, bizimlə birgə yaşamalıdırlar,  ya da ölkəmizi tərk etməlidirlər” – DEPUTATbackend

Azərbaycan Prezidentinin səsləndirdiyi Qarabağ Azərbaycandır və nida ifadəsinin məntiqi yekunu dünən Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması ilə sona çatdı.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Millət vəkili vurğulayıb ki, dünən ki tarixi hadisə ilə Azərbaycan beynəlxalq hüququn tələblərini yerinə yetirməklə özünün suveren hər qarış torpağını bərpa etmək üçün sonuncu nidanı qoydu.

“1920-ci ildə muxtar vilayətə çevirilən Azərbaycan ərazisi ölkəmizin suveren ərazisinə daxil oldu. İndi önümüzdə yeni mərhələ var. Qarabağ erməniləri ya Azərbaycan qanunlarını qəbul edib, bizimlə birgə yaşamalıdırlar , ya da ölkəmizi tərk etməlidirlər. Yol açıqdır. Hazırda Azərbaycan ərazisində 10 mindən çox erməni silahlısı var. Onların hər cür təxribat törətməyə potensialları var. Eyni zamanda məramlıları qeyri-sülh olan 2000-ə yaxın rus sülhməramlıları var. Azərbaycan bundan sonra ki , mərhələdə əsas məsələləri həll etdiyinə görə, daha çox siyasi-diplomatik səylərdə olacaq. Əgər Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan ərazi bütövlüyünü tanıdığını deyirsə , rəsmi sənədlərdə də buna imza atmağa qadirdir. Bunun üçün bütün əsaslar var. Ermənistan daxilində heç bir radikallar Paşinyana müdaxilə edə bilməzlər ki, bu sənədə nəyə görə imza atırsan. Ermənistan nə qədər tez addımlar atarsa, regionda bir o qədər tez sülhə nail olmaq olar. Əks təqdirdə regionda sabitsizliklə bağlı bütün məsuliyyət Ermənistanın üzərinə düşür”-deyə o qeyd edib.

Fərahim Rəhimov