“Qarabağ”ın Avroliqanın qrup mərhələsindəki bütün potensial rəqibləri məlum olub.
“Yeni Gündəm” xəbər verir ki, avrokuboklarda yeganə təmsilçimiz olan Ağdam klubu püşkatmaya 2-ci səbətdən qoşulacaq və öz yer alacağı səbət istisna olmaqla, digər səbətlərdə olan komandalar ilə eyni qrupda çıxış edə bilər:
1-ci səbət: “Roma”, “Latsio” (hər ikisi İtaliya), “Mançester Yunayted”, “Arsenal” (hər ikisi İngiltərə), “Braqa” (Portuqaliya), “Srvena Zvezda” (Serbiya), “Dinamo” (Kiyev, Ukrayna), “Olimpiakos” (Yunanıstan)
2-ci səbət: PSV, “Feyenoord” (hər ikisi Niderland), “Renn”, “Monako” (hər ikisi Fransa), “Real Sosyedad” (İspaniya), “Qarabağ” (Azərbaycan), “Malmö” (İsveç), “Ludoqorets” (Bolqarıstan)
3-cü səbət: “Şerif” (Moldova), “Betis” (İspaniya), “Midtülland” (Danimarka), “Budö Qlimt” (Norveç), “Ferentsvaroş” (Macarıstan), “Yunion” (Berlin), “Frayburq” (hər ikisi Almaniya), “Fənərbağça” (Türkiyə)
4-cü səbət: “Nant” (Fransa), HİK (Finlandiya), “Şturm” (Avstriya), AEK (Larnaka), “Omoniya” (hər ikisi Kipr), “Yunion” (Belçika), “Sürix” (İsveçrə), “Trabzonspor” (Türkiyə)
Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinin püşkü bu gün atılacaq. Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.