“Qarabağ”ın Avropa Liqasındakı potensial RƏQİBLƏRİbackend

Bakıda qolsuz heç-heçə etdiyi “Viktoriya”ya (Plzen) səfərdə 1:2 hesabı ilə uduzaraq Çempionlar Liqası ilə vidalaşan “Qarabağ” mübarizəni Avropa Liqasında davam etdirəcək.

“Yeni Gündəm” Fanat.az-a istinadən xəbər verir ki, ağdamlıların iştirakı ilə keçiriləcək AL-in qrup mərhələsinin püşkü avqustun 26-da, Bakı vaxtı ilə 15:00-da atılacaq.

 

Hazırda qitənin ikinci dərəcəli klub turnirində “köhlən atlar”dan başqa, gücünü sınayacaq daha 18 komandanın adı dəqiqləşib. Bunlar “Roma”, “Latsio” (hər ikisi İtaliya), “Mançester Yunayted”, “Arsenal” (hər ikisi İngiltərə), “Braqa” (Portuqaliya), “Feyenoord” (Niderland), “Renn”, “Nant”, “Monako” (hamısı Fransa), “Real Sosyedad”, “Real Betis” (hər ikisi İspaniya), “Union Berlin”, “Frayburq” (hər ikisi Almaniya), “Şturm” (Avstriya), “Yunion” (Belçika), “Midtyulland” (Danimarka), “Srvena Zvezda” (Serbiya) və “Dinamo”dur (Kiyev, Ukrayna).

AL-də 8 qrupda 32 kollektiv mücadilə edəcək. Bütün iştirakçıların siyahısı avqustun 25-də müəyyənləşəcək.

Qrup oyunlarının tarixi də bəllidir. Komandalar 8,15 sentyabr, 6,13,27 oktyabr və 3 noyabr tarixlərində qarşılaşacaqlar.