“Qarabağ”ın hücumçusu Türkiyə klubunun hədəfində – Qurbanov razılıq verdibackend

“Qarabağ” klubunun hücumçusu İbrahima Vaci komandanı tərk edə bilər.

27 yaşlı seneqallı forvardla Türkiyənin “Giresunspor” klubu maraqlanır.

“Yeni Gündəm” offsideplus.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Vacinin qış transfer pəncərəsində satılmasına razılıq verib.

Bununla belə, “Qarabağ” hazırda hücum xəttinə axtarışları davam etdirir.

Bir neçə gün əvvəl “atlılar”ın Macarıstan “Fehervar”ının gürcüstanlı hücumçusu Budu Zivzivadze ilə maraqlandığına dair xəbərlər yayılmışdı. Lakin ağdamlıların mətbuat katibi Gündüz Abbaszadə saytımıza açıqlamasında onun “Qarabağ”ın transfer hədəfində olmadığını bildirmişdi.