UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ” və Macarıstan “Ferentsvaroş”u arasında keçiriləcək ilk oyun üçün 28 min bilet satılıb.
Klubdan “Yeni Gündəm”-ə verilən məlumata görə, hazırda satışda yalnız 50 manatlıq biletlər qalıb.
5, 10 və 20 manatlıq biletlər isə hamısı satılıb.
Qeyd edək ki, “Qarabağ” – “Ferentsvaroş” oyunu avqustun 3-ü saat 20:00-da başlayacaq. Matç Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.