“Qarabağ”ın püşkatmadakı səbəti müəyyənləşdibackend

Çempionlar Liqasının pley-off mərhələsində “Trabzospor” klubu “Kopenhangen”ə (Danimarka) məğlub olaraq Avropa Liqasının qruplarına vəsiqə qazanıb.

”Yeni Gündəm” xəbər verir ki, bu “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatmasındakı yerini müəyyənləşdirib. Ağdam təmsilçisi püşkatma mərasimində 2-ci səbətdə yer alacaq.

Belə ki, UEFA reytinqində “köhlən atlar”dan geridə olan komandaların Avropa Liqasının qrupuna düşməsi Azərbaycan çempionunun 2-ci səbətdəki yerini dəqiqləşdirib.

2-ci səbətdə “Qarabağ”la yanaşı “Renn” (Fransa), PSV (Niderland), “Monako” (Fransa), “Real Sosyedad”ın (İspaniya) yer alacaq. Bu səbətin digər klubları AL-in bugünkü pley-off matçlarından sonra bəlli olacaq. Bu səbətə düşən klublardan heç biri “Qarabağ”ın rəqibi olmayacaq.

1-ci səbətin tərkibi isə aşağıdakı kimidir:

“Roma” (İtaliya), “Mançester Yunayted” (İngiltərə), “Arsenal” (İngiltərə), “Latsio” (İtaliya), “Braqa” (Portuqaliya), “Srvena Zvezda” (Serbiya), “Dinamo” (Ukrayna).

Sonuncu 8-ci iştirakçı “Feyenoord” (Niderland) və ya qrupa düşəcəyi halda “Olimpiakos” (Yunanıstan) ola bilər. Bu komandalardan biri “Qarabağ”a rəqib olacaq.

Hələlik üçüncü səbətdə Almaniyanın “Union” (Berlin) və “Frayburq”, dördüncü səbətdə isə Belçikanın “Yunion” və Türkiyənin “Trabzonspor” klublarının olacağı dəqiqdir.

Qeyd edək ki, qrup mərhələsinin püşkü avqustun 26-da atılacaq. Bu gün AL-nin pley-off mərhələsində keçiriləcək 10 matçın nəticəsinə əsasən qrup mərhələsinə vəsiqə qazanan sonuncu komandalar bəlli olacaq.