“Qarabağ”ın qrupdakı səbəti dəqiqləşibbackend

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin püşkatması zamanı yer ala biləcəyi səbət dəqiqləşib.

Azərbaycan çempionu əsas raunda yüksəlsə, sonuncu – 4-cü səbətdə yer alacaq.

Buna qrup mərhələsinə birbaşa vəsiqə qazanan bütün klubların daha yüksək reytinqə malik olmasıdır. Məsələ ondadır ki, 26 komanda birbaşa qrupa yüksəlib. Yalnız 6 yerin sahibi pley-offda bilinəcək.

Təsnifat mərhələlərindən azad olan bütün iştirakçıların səbəti dəqiqdir. Pley-offun 6 qalibindən yalnız biri 3-cü səbətə düşə biləcək. Digərləri isə sonuncu səbətdə olacaq.

Hazırda təsnifat mərhələlərində oynayanlar arasında ən yüksək reytinqlisi “Benfika”dır. Portuqaliyalılar kimi “Reyncers”, “Dinamo” Zaqreb, “Srvena Zvezda” və “Dinamo” Kiyev klubları da 3-cü səbətdəki yeganə yerə ümidini saxlayır. Əgər bu komandaların heç biri qrupa çıxmasa, onda “Marsel” yuxarı səbətə irəliləyəcək.

1-ci səbət

“Real”

“Ayntraxt”

“Mançester Siti”

“Milan”

“Bavariya”

PSJ

“Porto”

“Ayaks”

2-ci səbət

“Liverpul”

“Çelsi”

“Barselona”

“Yuventus”

“Atletiko”

“Sevilya”

“Leypsiq”

“Tottenhem”

3-cü səbət

“Borussiya” D

“Zalsburq”

“Şaxtyor”

“İnter”

“Napoli”

“Sportinq”

“Bayer”

4-cü səbət

“Marsel”

“Brügge”

“Seltik”

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin püşkü avqustun 25-də keçiriləcək. “Qarabağ” III təsnifat mərhələsində “Ferensvaroş”la görüşəcək.