“Qarabağ” “Olimpiya”ya qarşı – Yenilənirbackend

Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti matçına çıxacaq. “Yenigundem” xəbər verir ki, təmsilçimiz 1-ci təsnifat mərhələsi çərçivəsində səfərdə 1:0 hesabıyla məğlub etdiyi Sloveniya çempionu “Olimpiya”nı bu dəfə doğma meydanda sınağa çəkəcək.

Qurban Qurbanovun çalışdırdığı Ağdam klubuna mərhələ adlamaq üçün heç-heçə də kifayət edir. Lakin ümid edək ki, komandamız yeni mövsümdə doğma azarkeşləri önündə keçirəcəyi ilk matçında da qələbə qazanmağı bacaracaq.

Qeyd edək ki, bu cütün qalibini ÇL-in 2-ci təsnifat mərhələsində Albaniyanın “Kukesi” klubu ilə mübarizə gözləyir.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunu
18 iyul

21:00. Qarabağ – Olimpiya
Hakimlər: Erez Papir, David Elias Bitton, Eliyahu Kasapu, David Fuxman (hamısı İsrail).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi izləyin