Qarabağ qazisi Bəhram Nuriyev “Poz, qazan” lotoreyası ilə bağlı öz sosial media hesabında paylaşım edib.
“Yeni Gundem” onun yazdıqlarını təqdim edir:
Demək olar ki, bir çoxlarımızın da qazanclarının mədəni şəkildə əlindən alındığı real “qumar” loru dildə desək, “Poz, qazan” nəyə görə açıq şəkildə küçələrdə vətəndaşlarımızı soymaqda davam edir? Bu gün adi bir vətəndaşın xırda küçə ticarəti ilə məşğul olmasına əngəllər yaradan, hətta qazi, şəhid ailəsi demədən, bir tikə çörək üçün xırda piştaxta açmasına maneə olan qurumlar nəyə görə bu qumarın qarşısında acizdirlər?
Pensiyasının son qəpiyinə qədər verən ağsaqqal ağbirçəklərimizdən tutmuş, azyaşlı demədən hər kəsə satılan bu bəlanı kim və nəyə görə sırıyıb bizə? Bu gün hər hansısa rayon mərkəzində ən azı onlarla qurulan və demək olar ki, gediş- gəliş üçün nəzərdə tutulan səkiləri zəbt edənlər kimlərdir? Hətta poçt şöbələrində belə xüsusi köşklərdə satılan bu qumar nəyə görə qadağan edilmir?”
Ramil