Qarabağ” baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında 300-cü qələbəsini qazanıb.
“Yeni Gündəm” xəbər verir ki, bu, Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib.
Öz meydanında “Qəbələ”ni 3:1 hesabı ilə məğlub edən Ağdam təmsilçisi 49 yaşlı mütəxəssislə yubiley uğuruna imza atıb.
Qeyd edək ki, 2008-ci ilin yayından “Qarabağ”ı çalışdıran Qurbanov bu müddətdə komandanı 543 matça çıxarıb. Qələbələrdən 223-ü Premyer Liqaya, 34-ü ölkə kuboku, 43-ü avrokuboklara təsadüf edib.