Qarabağ şəhidlərinin xatirəsinə yarış keçirildi – Fotolarbackend

Ötən gün Hövsan Olimpiya idman kompleksində “Qarabağ” İdman Klubunun Braziliya ciu-citsu idman növü üzrə ənənəvi açıq çempionatı və birinciliyi keçirilib.

“Yenigundem”-ın məlumatına görə, yarışda bölgələrimizlə yanaşı Bakının 10 klubu da təmsil edilib. Yarışın açılış mərasimində Ciu-citsu idman növü üzrə Dünya çempionu, “Qarabağ” idman klubunun rəhbəri Anar Səfərov yarış iştirakçılarına uğurlar arzulayıb, Qarabağ şəhidlərinin xatirəsinə həsr edilməsi haqqında məlumat verib və onun həyata keçirilməsində dəstəyi olan Azərbaycan – Braziliya ciu -citsu klubların ictimai birliyi və EL Kargo LTD-nin qurumlara öz minnətdarlığını bildirib. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən turnirin qalibləri Qarabağ İdman klubunun diplomları və medallarla təltif ediliblər.