“Qarabağ və Şərqi Zəngəzurda həyat canlanır” – Deputatbackend

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunlarına səfər ediblər. Prezident və birinci xanım Xocavənd rayonuna səfəri zamanı Tuğ kəndinin təməlini qoydu. Burda ilk yaşayış məhəlləsinin təməli qoyulub. Həmçinin Hadrut qəsəbə tam orta məktəbin bərpa lahiyəsi ilə tanış olublar.

Bu sözləri “Yeni Gundem”-ə Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Millət vəkili vurğulayıb ki, prezident və birinci xanım bir neçə təməl qoyulma mərasimində iştirak ediblər. Horovlu kəndinin təməli qoyuldu.

“Cəbrayıl rayonunda orta məktəbin tikintisi ilə tanış olublar. Xudafərin qəsəbəsinin və Cahangirbəyli kəndinin təməlləri də qoyulub. İlham Əliyev Zəngilan rayon mərkəzi xəstəxanasının da təməlini qoyub. Bununla yanaşı, cənab prezident “Azərenerji” ASC -nin Zəngilan rayonunda Sarıqışlaq Su Elektrik Stansiyasının tikintisi ilə tanış olub. Zəngilan şəhərində inzibati binanın da əsası qoyulub.
Qubadlı rayonu Mərkəzi Xəstəxanasının və rayonun bir neçə kəndinin təməl qoyulma mərasimi də reallaşıb.
Qubadlı rayonunda ilk yaşayış məhəlləsinin təməli qoyulub. Tikinti işləri ilə bağlı Cənab Prezidentə ətraflı məlumat verilib. Cənab Prezident Laçında da olub. Güləbird kəndinin təməlini qoyub. Bir sözlə möhtərəm cənab prezident İlham Əliyev 3 ilə yaxın Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi üçün təxirəsalınmaz işlər həyata keçirir. Cənab Prezident və birinci xanım birbaşa işlərə nəzarət edir. Sevinclə deyə bilərik ki, Ulu öndər Heydər Əliyevin 100 illiyi ərəfəsində təməli qoyulan yeni layihələr ən qısa zamanda yerinə yetiriləcək. Bu ərazilərdə həyat canlanır. Bərpa-quruculuq işləri sürətlə həyata keçirilir.
Ən qısa zamanda soydaşlarımız öz torpaqlarına əbədi qayıdacaqlar. Biz buna inanırıq”,- deyə o qeyd edib.

Fərahim Rəhimov