“Qarabağ zəfərini səbirsizliklə gözlədik ” – Hasan Yavuz Bakırbackend
“Qarabağ dastanı Çanaqqala dastanı oldu. Bu böyük şərəf və qürur Türkün gücünü bütün dünyaya və Azərbaycan xalqına göstərən Ali baş komandan İlham Əliyevi təbrik edirəm”
Bu sözləri Karadeniz Haber Ajansı Derneği Başkanı Hasan Yavuz Bakır bildirib.
“Azərbaycan Respublikasının prezidenti bizi sevindirdi və qürurlandırdı. Türkiyədə yaşayan bir vətəndaş olaraq 44 günlük müddətdə Qarabağın zəfərini səbirsizliklə gözlədik, dua etdik ,öz qəzetlərimiz, televiziyalarımızla Azərbaycan xalqının yanında olduq, bu xalq böyük qəhrəmanlıq dastanı göstərdi. Qarabağ dastanı Çanaqqala dastanı oldu. Bu böyük şərəf və qürur Türkün gücünü bütün dünyaya və Azərbaycan xalqına göstərən Ali baş komandan İlham Əliyevi təbrik edirəm. Yaşasın Azərbaycan Türkiyə qardaşlığı ! ” deyə vurğulayıb.
Xəyalə
İstanbul, Türkiyə