Ermənistan mətbuatında Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması nəticəsində təminat maşınına zərər dəyməsi barədə yayılan məlumatlar yalandır.
Bu barədə “Yeni Gündəm”-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumatda deyilir ki, bu, qarşı tərəfin heç bir real əsası olmayan növbəti uydurmasıdır.