Qarabağda təhsil fəaliyyəti üçün avadanlıq, cihaz və qurğular idxal gömrük rüsumundan azad edilibbackend
Prezident İlham Əliyevin təsdiqlədiyi “Gömrük tarifi haqqında” qanuna edilmiş dəyişikliyə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının (Elm və Təhsil Nazirliyi) müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dövlət ümumi təhsil müəssisələri tərəfindən idxalı 2023-cü il yanvarın 1-dən 2 il müddətinə gömrük rüsumundan azad edilir.
Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələri tərəfindən idxalı gömrük rüsumlarından azad edilən avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin siyahısını bir ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməlidir.