“Qaradağ”, “Qəbələ Xanlar”, “Araz Terrace”, “Bulaq”, “Dükkan” və “Təbiət” cərimələndibackend

Bakı şəhərində fəaliyyət göstərən “Qaradağ”, “Qəbələ Xanlar”, “Araz Terrace”, “Bulaq”, “Dükkan”, “Təbiət” adlı ictimai-iaşə obyektləri və restoranlardan havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektləri və restoran sahiblərini obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etməyə, havanın çirkləndirilməsinə yol verməməyə çağırıb.