Tarix boyu Türkiyə və Azərbaycan arasında qardaşlıq münasibətləri mövcud olmuşdur. Çünki,Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Hər iki xalq istər xoş günlərdə,istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib,bir-birinin sevincini və kədərini bölüşüblər. Dövlətimiz və xalqımız arasında doğma münasibətləri bütün məqamlarda izhar ediblər. Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində Türkiyənin öz səylərini əsirgəməyəcəyini bildirən qardaş ölkə Prezidenti demişdi: ”Türkiyə bu istiqamətdə fəaliyyətinə dəvam edecək, şübhəsz ki,Azərbaycan ilə daim fikir mübadiləsi aparacaqdır. Hörmətli Prezident, dəyərli qardaşım İlham Əliyev ilə daim fikir mübadiləsi şəraitində bu məsələlərin həlli üçün fəal səylərimiz dəvam edecəkdi”. Məlum olduğu kimi, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 2020-ci ildə müdrik rəhbər, qətiyyətli sərkərdə Prezident İlham Əliyev rəhbərliyi ilə mübariz xalqımız və rəşadətli ordumuz düşmən üzərində parlaq qələbə qazandı. Otuz ilə yaxın müddətdə isğal altında olan dədə-baba torpaqlarımız bu qələbə nəticəsində hərbi və siyasi-diplomatik yolla azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Bu zaman Türkiyə dövləti öz köməyini əsirgəmədiyini göstərdi, bizə sadiq qardaş olduğunu bir daha bütün dünyaya sübut etdi. Ulu öndər Heydər Əliyev müdrikcəsinə dediyi kimi, ”bir millət, iki dövlət”. Təsadüfü deyil ki, Türkiyə dövlətinin müdrik şəxsiyyəti Mustafa Kamal Atatürk kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri hesab etmişdir. Türk dünyası bu iki lideri öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsillərinə əbədi olaraq bir mesaj qoymuşlar. Bu mesaj indidə öz əksini tapmaqdadır və tapmağa dəvam edəcəkdir. Türkiyə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır.
Bayramov Murad
Azərbaycan Dövlət Neft və
Sənaye Üniversitetinin tələbəsi