Qarpızın yaxşısını süni intellektin köməyi ilə seçdi: Kayseridə bazardan maraqlı GÖRÜNTÜLƏRbackend

Türkiyənin Kayseri şəhərində yerləşən bir meyvə-tərəvəz dükanında tətbiq edilən süni intellekt texnologiyasının maraqlı görüntüləri yayılıb.

Kadrlarda alıcının qarpız seçimi üçün süni intellekti sınaması əks olunub.

Videodan görünür ki, süni intellekt qarpızın rənginin, çəkisinin və sairə təhlilini apararaq ən yaxşı seçimi edir.

Yenilik, alıcıların qarpız seçimi zamanı yaşadığı çətinlikləri aradan qaldırmağa vəd verir.

Ekspertlər hesab edirlər ki, süni intellektin meyvə-tərəvəz seçimində istifadəsi, kənd təsərrüfatı və pərakəndə satış sektorlarında yeni bir dövrün başlanğıcı ola bilər. Mütəxəssislər, bu texnologiyanın gələcəkdə digər meyvə və tərəvəzlərin seçimində də tətbiq edilə biləcəyini proqnozlaşdırırlar.