Qax RİH yol və səkiləri, şəhər qəbirstanlığının giriş yolunu təmir etdirə bilmirbackend

Qax Rayon İcra Hakimiyyətinin küçələrdə və döngələrdə yol və səkilərin, eyni zamanda şəhər qəbirstanlığının giriş yolunun əsaslı təmiri ilə bağlı elan etdiyi tender ləğv olunub.

Pravda.az-ın xəbərinə görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qəbul etdiyi qərarda bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

Tenderin dəyəri 313 810 AZN olub.