Qaydaları pozan DYP əməkdaşının kimliyi bəlli oldu- VİDEObackend

Yol hərəkəti qaydalarını kobud şəkildə pozan DYP əməkdaşının kimliyi müəyyən edilib.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib

O qeyd edib ki, məsələ ilə bağlı araşdırma aparılır:

“Qeyd olunan şəxsin kimliyi müəyyən edilib. Onun əməlinə həm etdiyi qayda pozuntusu üzrə, həm də əlavə olaraq polis əməkdaşı olduğu nəzərə alınaraq, “İntizam nizamnaməsi”nin və “Etik davranış kodeksi”nin tələblərinə uyğun olaraq hüquqi qiymət veriləcək”.