Qayınatası Rəsinin helikopterinin vurulmasından danışdıbackend

İranlı ekskpertlər indiyə kimi İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən heyəti Xudafərindən Təbrizə aparan helikopterin hər hansı xarici tərəf tərəfindən vurulması ilə əlaqədar heç bir səbəb aşkarlamayıblar.

Bunu İran prezidentinin qayınatası və İranın Ali Liderinin Rəzəvi Xorasan vilayəti üzrə nümayəndəsi Əhməd Ələmolhoda deyib.

Onun sözlərinə görə, ekspertlər İran prezidentinin qəzaya uğramasının müxtəlif səbəblərini araşdırıblar. Helikopterin qəzaya uğramasında müxtəlif ehtimallar irəli sürülürdü. Bu ehtimallara hadisənin qəza olması, yaxud xarici amil faktorunun olub-olmaması daxil idi.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.

Qəza nəticəsində 9 nəfər həlak olub.

 

Redaktor.az