Qazaxda Vidadi və Vaqifin Muzeyində Çat Problemi – Görüntülər Gülüş Doğurur / FOTObackend

Qazax rayonundan yayılan bir foto həm narahatlıq, həm də gülüş doğurub. Molla Vəli Vidadi və Molla Pənah Vaqifin xatirə muzeyinin divarlarında əmələ gəlmiş çatlar sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

”Yeni Gundem” xəbər verir ki, Muzeyin divarlarında olan çatlar yerli icra nümayəndəliyinin göstərişi ilə  mazla doldurularaq gizlədilməyə çalışılıb. Bununla bağlı rayon sakini Pərviz Əliyev sosial şəbəkə hesabında paylaşım edib və vəziyyəti tənqid edib.

”Yeni Gundem” həmin fotoları təqdim edir:

Bu görüntülər sosial mediada geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər məsul şəxsləri laqeydlikdə ittiham edərkən, digərləri isə vəziyyətin ironik tərəfini vurğulayıb.32gun.az