Qazaxdakı bulaq abidələrini kim qurudub? – İcra Başçısı hara baxır? – FOTOLARbackend

Qazax şəhərində neçə-neçə bulaq abidə kompleksi inşa ediblər.
Bu isə Qazax sakinləri arasında sevinclə qarşılansa da, çox təssüflər olsun ki, sevincləri elə də uzun çəkməyib.

32gun.az xəbər verir ki, sözü gedən bulaq abidələri hazırda yararsız olması ilə yanaşı həmin bulaqların su sistemi demək olar ki, işləmir. Sanki həmin bulaqlar suvenit xarakteri daşıyır.

Görəsən inşa edilən bu bulaq abidələro şəhərə “gözəllik” vermək üçün inşa edilib, yoxsa, şəhər sakinlərinin istifadəsi üçün nəzərdə tutulub?

Rəcəb Babaşovun rəhbəri olduğu Qazax Rayon İcra Hakimiyyəti özü də deyəsən bu sala cavab tapa bilmir.

Rayon sakinlərinin də narazılığına səbəb olan bu duruma əncam çəkilmir.

Əgər sakinlərin istifadəsi üçün nəzərdə tutulubsa, bəs onda sözü gedən bulaqlar niyə yararsız vəziyyətə düşüb və ya su sistemi işləmir?

Rayonun susuz qalmış bulaq abidələrinin fotolarını təqdim edirik.