Qazaxıstan Baş Prokurorluğu AZAL təyyarəsi ilə bağlı açıqlama yaydıbackend

Qazaxıstan Baş Prokurorluğu Aktau şəhəri yaxınlığında “Azerbaijan Airlines” (AZAL) aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılmasını davam etdirir, istintaqa ən təcrübəli əməkdaşlar cəlb olunub.

“Yeni Gundem” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə baş prokurorun müavini Qalımjan Koygeldiyev məlumat verib.