25 dekabr 2024-cü il tarixində “Azərbaycan Hava Yolları”na məxsus Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u isə sağ
25 dekabr 2024-cü il tarixində “Azərbaycan Hava Yolları”na məxsus Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u isə sağ qalıb.
Qəza nəticəsində xəsarət alan 29 nəfər, o cümlədən 3 uşaq xəstəxanaya yerləşdirilib. Onlardan 15-i Azərbaycan, 9-u Rusiya, 3-ü isə Qazaxıstan vətəndaşıdır.
Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, həlak olan 10 nəfərin meyiti müəyyən edilib. Onlardan üçü Qazaxıstan, üçü Rusiya və dördü Azərbaycan vətəndaşıdır.
Qazaxıstan hökuməti və xalqı bu faciə ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib və dəstək nümayiş etdirib. Qazaxıstanın rəsmi qurumları qəza yerində xilasetmə və tibbi yardım işlərinə fəal şəkildə cəlb olunub, yaralıların müalicəsi və həlak olanların meyitlərinin müəyyən edilməsi istiqamətində işlər aparılıb.
Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayevin verdiyi məlumata görə, təyyarə Qazaxıstan hava məkanına yerli vaxtla 11:00-da daxil olub və 28 dəqiqə sonra hava gəmisi ilə əlaqə itib. Əlaqə kəsilməzdən əvvəl təyyarə hava limanı yaxınlığında iki dəfə dövrə vurub, üçüncüdə isə yerə çırpılıb.
Qazaxıstanın rəsmi qurumları qəzanın səbəblərinin araşdırılması və gələcəkdə belə hadisələrin qarşısının alınması üçün Azərbaycan tərəfi ilə sıx əməkdaşlıq edir. Bu faciə hər iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmliyini bir daha göstərir.
Qazaxıstan, 25 dekabr tarixində Aktau yaxınlığında baş vermiş təyyarə qəzasından dərhal sonra Azərbaycan tərəfinə humanitar və texniki dəstək göstərməyə başladı.
Nəsimi gənci :Bakı qızlar universiteti tələbəsi Məmmədova Xəyalə