Qazi: Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev məni aldadır – ŞİKAYƏTbackend

Qarabağ döyüşlərinin veteranı İlqar Cahangirov əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müavini Hidayət Abdullayevdən Prezident İlham Əliyevə və dövlət rəsmilərinə məktub ünvanlayıb.

“Yeni Gündem” məktubu olduğu kimi təqdim edir:

“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə

Surəti: Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Xanım Mehriban Əliyevaya

Surəti: Baş Nazir cənab Əli Əsədova

Surəti: Milli Məclisin sədri xanım Sahibə Qafarovaya

Surəti: İnsan Hüquqları Üzrə Müvəkkil, Ombudsman Səbinəxanım Əliyevaya

Surəti: Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevə

Surəti: Kütləvi İnformasiya Vasitələrinə

Cahangirov İlqar Əlsafa oğlu tərəfindən

Ünvan: Bakı şəh., Abşeron ray., Məhəmmədi kəndi

Bakı yaşayış kompleksi bina 4 mənzil 124

Mobil: 050 232 88 71 və 050 228 28 33

E-mail: [email protected]

Ali Baş Komandanın adından yalan vədlər verən Əmək və Əhalinin Sosial

Müdafiəsi nazirinin müavini Hidayət Abdullayevin hüquqlarımı pozmasına dair

ŞİKAYƏT ƏRİZƏSİ

Möhtərəm cənab Prezident!

Hörmətli Rəhbərlər!

Hörmətli media nümayəndələri!

Mən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci qrup əliləm. Çoxlu sayda medallarla təltif olunmuşam. Atam Əlisafa Cahangirov birinci Qarabağmüharibəsinin iştirakçısı olub, anam qəhrəman ana adını alıb, bir qardaşım birinci Qarabağ döyüşlərində yaralanıb ömürlük 2-ci qrup əlildir və digər qardaşım isə Birinci Qarabağ müharibəsi veteranıdır. Bir sözlə biz ailəlikcə Vətənimizə vədövlətimizə bağlı şəxslərik.

Mən 22 sentyabr 2023-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayevin qəbulunda olmuşam. Nazir müavini

Mənim bütün problemlərimi bir-bir diqqətlə dinləyib, ailə vəziyyətim barədə kifayət qədər məlumat əldə edib. Mənim və ailəmin Vətənə və Dövlətə necə bağlı olduğumuzun və cənab Ali Baş Komandan İlham Əliyevin siyasi kursuna necə bağlı olub dəstəklədiyimizin şəxsən şahidi olub. Nazir müavini Hidayət Abdullayev, görüş zamanı məni şəxsən dəstəklədiyini bildirərək, söylədi ki, sizin kimi şəxslərin hər zaman yanındayıq və sizin problemləriniz dekabr ayının sonunaqədər mütləq öz həllini tapacaq.

Nazir müavini Hidayət Abdullayev mənə söz verib arxayın etdiyi üçün mən də səbr edib gözlədim. 2023-cü ilin dekabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yaxınlaşıb söylədim ki, cənab nazir müavini HidayətAbdullayevin problemlərimin həlli ilə bağlı tapşırığı var. Lakin Nazirliyin əməkdaşları mənə bildirdilər ki, sistemdə sizinlə bağlı heç bir məlumat yoxdur. Hətta mənim, nazir müavininin qəbulunda olmağlımla bağlı belə sistemdə heç birməlumat yox idi. Belə ki, nazir müavini Hidayət Abdullayev qəbulda mənimlə danışarkən cənab Ali Baş Komandanın və nazir Sahil Babayevin adından mənə söyləyib ki, biz onların tapşırığı ilə sizin problemlərinizi mütləq həll edəcəyik. Lakin cənab Prezidentin və nazirin adından sui-istifadə edən nazir müavini Hidayət Abdullayev verdiyi sözü unutdu. Mənə dekabr ayında söz vermişdi, indi isə fevralın sonudur. İndi heç onun qəbuluna belə düşə bilmirəm. Hətta nazir müavini ilə görüşdə təkidlə mənə 200 manat maddi yardım da etdilər ki, müvəqqəti olaraq kiçik problemlərini həll et. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayevin bu hərəkətləri məni mənəvi olaraq sarsıltmış və mən hazırda psixiatrik müalicə alıram ki, intihar etməyim. Bu gün nazir Sahil Babayev və onun müavini HidayətAbdullayev, cənab Ali Baş Komandanın siyasi kursuna sadiq olan, Vətən yolunda canını verib əlil olmuş bir qazini, Ali Baş Komandanın adından yalan vədlər verərək intihar həddinə çatdırıb. Mən cənab nazir Sahil Babayevə səslənərək xahişedirəm ki, məni şəxsən qəbul etsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xahiş edirəm ki, məni nazirin qəbuluna yazıb görüşün vaxtı barədə mənə məlumat verəsiniz.Mən, müraciətimin başlığında cənab Ali Baş Komandana müraciət etsəm də bilirəm ki, mənim bu müraciətimi Prezident Administrasiyasının məktublar şöbəsində kimsə oxuyub atacaq bir kənara. Ona görə də doğru-düzgün fəaliyyətgöstərən media nümayəndələrindən xahiş edirəm, mənim bu müraciətimi saytlarda dərc etsinlər ki, bəlkə müraciətimin ictimailəşməsi nəticəsində səsim cənab Prezidentə və Birinci Vitse-Prezidentə çatar. Əlavə olaraq onu da qeyd etməkistəyirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayevin mənə qarşı etdiyi bu haqsızlığa qarşı dinc etiraz aksiyasına icazə verilməsi üçün 26.02.2024-cü il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Cənab Eldar Əziz oğlu Əzizova ərizə ilə müraciət etmişəm. Dinc etiraz aksiyasının yeri və vaxtı barəsində bütün media nümayəndələrinə öncədən məlumat verəcəyəm.

İmza: İlqar Cahangirov

Tarix: 27.02.2024

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq: