Qazilər Şərurlu İsfəndiyara qarşı ayağa qalxdı – Bir evi bir neçə nəfərə satıblar! (VİDEO)backend

Bir neçə Qarabağ qazisi “Şərur MTK”-ya qarşı etiraza qalxıblar.

“Yeni Gundem” xəbər verir ki, onlar sözügedən tikinti şirkətinin ofisinin qarşısına yığışaraq bildirib ki, vətən uğurunda canlarından keçiblər. Şərurlu İsfəndiyar kimi tanınan “Şərur MTK” rəhbəri onların pulunu vermir:

“31 min manat pulumuzu vermirlər. Ev almaq üçün 31 min pul vermişik, illərdi bizim nə evimizi nə də pulumuzu verirlər, deyirlər 20 min manatın veririk, 11 min manatı vermirik, zülümlə pul yığıb ev almışdiq, o evi də 5-6 nəfərə satıblar. Şərurlu İsfəndiyar da bu işi öz öhtəliyinə götürüb.

Deyir 11 min manatını vermirəm, get hara deyirsən de. 1 ildir gəlib gedirik, İsfəndiyar müəllim bizə qulaq asmır, deyir çıxın gedin. Bizim kimi vətən uğrunda canından keçən insanların haqqını yemək olar? Nə edək, gedək özümüzü yandıraq? Bizi təhqir edirlər, bunlara kim bu səlahiyyəti verib?

Vətən üçün canımızdan  keçmişik, bizə 1 manat lazım deyil, öz haqqımızı istəyirik. Biz haqqın üçün, vətən üçün, dövlət üçün əziyyət çəkən insanlarıq. Bir evi bir neçə nəfərə satıblar, ərazilərlə, şəhid ailələri ilə qarşdurma yaradırlar.

Biz hörmətlə gəlib pulumuzu istəyirik əvəzində isə kobud sözlər eşidirik. Bizi ora-bura aparmaqla süründürməçilik edirlər. “-deyə etirazçılar bildirib

Ətraflı videoreportajda:

“Azərbaycan Reallığı” olaraq video və yazıda adı çəkilən qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq