Qəbələ cüdoçuları regional birinciliyin qalibi olublarbackend

İsmayıllıda yeniyetmə cüdoçular arasında regional birincilik keçirilir.

Yenigundem“Report” a istinadən xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil olunan yarışda Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Qobustan və Şamaxı idmançıları iştirak edir.

2004-2006-cı il təvəllüdlü oğlan və qız cüdoçular medallar uğrunda mübarizə aparıblar. Daha çox medal qazanan Qəbələ cüdoçuları 1-ci yeri tutublar. Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar və hədiyyələr təqdim olunub.

 

Yenigundem.Az