“Star Petrol” MMC məhkəməyə verilib.
Pravda.az-ın xəbərinə görə, MMC ilə bağlı Şəki Apellyasiya Məhkəməsinə müraciəti “Qəbələ Konserv Zavodu” şirkəti edib.
Mahiyyəti alqı-satqı müqaviləsi üzrə mübahisə olan iş hakim Elçin Hüseynovun icraatındadır. Baxış iclası yanvarın 14-də keçiriləcək.
Qeyd: Nizamnamə kapitalı 100 AZN olan “Star Petrol”un qanuni təmsilçisi Rövşən Tahir oğlu Ramazanovdur. Şirkətin dövlətə olan borcu 42 605 manatdır. Nizamnamə kapitalı 64 527 056AZN olan “Qəbələ Konserv Zavodu”nun qanuni təmsilçisi isə Özgür Demirkırandır.