Martın 18-də Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev Xankəndi şəhərində Novruz tonqalınıalovlandırdı.
Dövlətimizin başçısı Azərbaycan xalqını Novruz bayramımünasibətilə təbrik etdi.Bildirdi ki ,dördüncü dəfədir , bayram tonqalını şəxsən özü azad edilmiş Qarabağtorpağında qalayıb. 2021-ci ildə Şuşada, 2022-ci ildəSuqovuşanda, keçən il Talış kəndində, bu dəfə isəXankəndi şəhərində bayram tonqalının qalandığını böyüksevinclə vurğulayan prezidentimiz altı ay bundan əvvəlcəmi bir gündən az davam edən antiterror əməliyyatınəticəsində öz suverenliyimizi tam bərpa etdiyimizi və bugün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyünün tamamilə təmin edildiyini də xatırlatdı.
Şəhidlərimizi rəhmətlə anan cənab prezident söylədi ki, biz İkinci Qarabağ müharibəsi zamanı və antiterrorəməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün biz butorpaqlarda qururuq, yaradırıq, bu torpaqlara həyatqayıdır. Geniş quruculuq işləri aparılaraq biz artıq keçmişköçkünləri öz dədə-baba torpaqlarına qaytara bilmişik vəbu il bu proses davam edəcək.
Ali Baş Komandan təəssüf hissi ilə vurğuladı ki,İkinciQarabağ müharibəsinin nəticələri Ermənistana dərsolmadı.Əgər dərs olsaydı, antiterror əməliyyatınınkeçirilməsinə ehtiyac olmazdı. Ermənistan İkinci Qarabağmüharibəsindən sonra keçən üç il ərzində düzgün nəticəçıxarmamışdır, öz qanunsuz silahlı birləşmələrini torpağımızda əbədi saxlamaq istəyirdi, burada vaxtiləqanunsuz yaradılmış qondarma dırnaqarası DağlıqQarabağ respublikasını yaşatmaq istəyirdi. Bütün bunlarbeynəlxalq hüquqa tamamilə ziddir və ən əsasıAzərbaycan xalqının iradəsinə ziddir.
O həmçinin torpaqlarımızın azad olunmasınahazırlaşarkən bir çox istiqamətlər üzrə planlı şəkildə işləringetdiyini qeyd edərək siyasi müstəvidə dünyadaAzərbaycanın mövqelərinin möhkəmləndiyini, dostlarımızın sayı böyük dərəcədə artdığını da qeyd etdi. Nəzərə çatdırdı ki, beynəlxalq təşkilatlar bizimtəşəbbüsümüzlə münaqişə ilə bağlı bizim mövqeyimizidəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərar vəqətnamələr qəbul etmişlər və bu münaqişənin həlli üçünhüquqi və siyasi zəmin yaratmışdır. Biz iqtisadi inkişafanail olduq, iqtisadi müstəqilliyə nail olduq və bu gün heçkimdən iqtisadi cəhətdən və təbii ki, siyasi cəhətdən asılıdeyilik. Güclü iqtisadiyyat bizə imkan verdi ki, siyasimüstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq. Bu günAzərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaqAzərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır.
Cənab İlham Əliyev Xankəndinin qədim Azərbaycantorpağı olduğunu, Pənahəli xan tərəfindən salındığınıxatırlatdı.Qeyd etdi ki, keçən əsrin 20-ci illərininəvvəllərində tamamilə əsassız, heç bir hüquqi, siyasi vədemoqrafik əsası olmadan burada muxtar vilayətyaradılmışdır və ondan sonra xalqımızın problemləri dəbaşlamışdır. Nəticə etibarilə keçən əsrin 80-ci illərininsonlarında Ermənistan bizə qarşı müharibə elan edərək, separatçı qüvvələri dəstəkləyərək, xalqımıza qarşısoyqırımı və digər qanlı cinayətlər törədərək, əfsuslarolsun ki, o vaxt öz çirkin arzularına çata bilmişdir. Hesabedirdilər ki, bu torpaqları işğal altında əbədi saxlayabiləcəklər. Bu məsələdə onlara dəstək verən xariciqüvvələr bu qanlı məsuliyyəti onlarla bölüşürlər. Bu günbiz azad edilmiş Qarabağda başımızı dik tutaraqyaşayırıq. Bu il Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə keçmişköçkünlər qayıdacaqlar, bir neçə kəndə köçkünlərqayıdacaqlar və həyat qaynayacaq.
Fevralın 26-da Xocalıda xocalılılarla birlikdə Xocalımemorial kompleksinin təməlini qoyan ölkə başçısı buradayerləşmiş, qanunsuz inşa edilmiş şeytan yuvası – dırnaqarası parlament binası və onun yanındakı terrortəşkilatının binası fevralın 26-da sökülməyə başladığını vəyerlə-yeksan edildiyini söylədi. Separatçıların izi-tozu daqalmadı. Novruz tonqalı da son təmizləmə işlərini görür.
Sonda xalqa təbriklərini çatdıran prezidentimiz söylədiki, ədaləti bərpa etdiyimiz , torpaqlarımızı işğalçılardanazad etdiyimiz üçün qürur duyuruq ,bununla öz gücümüzügöstərdik.
Mənsur Vəliyev,
Nəsimi rayon Təhsil işçisi